Keynin transfer qiyməti bəlli olub

"Bavariya" ingiltərəli futbolçusu Harri Keynin transfer qiymətini açıqlayıb.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Keyn üçün 65 milyon avro tələb edir. 

31 yaşlı futbolçu Almaniya klubunda xoşbəxt olduğunu açıqlayıb.

Qeyd edək ki, Harri Keyn iki ilə əvvəl "Bavariya"ya transfer olub.

O, 73 oyunda 72 dəfə fərqlənib, 22 məhsuldar ötürmə verib.