Kilian Mbappe üzr istədi

PSJ-nin futbolçusu Kilian Mbappe "Real"ın prezidenti Florentino Peresdən ötən yay azad agent kimi Madrid klubuna keçiddən son anda imtina etdiyinə görə üzr istəyib.

Sportline.az Relevo nəşrinə istinadən xəbər verir ki, Peres fransalı forvardın üzrünü qəbul edib.

Xatırladaq ki, Fransa millisinin hücumçusu 2022-ci ildə "Real"a transfer olunmağa çox yaxın idi.

Madridlilərin bu sevdadan hələ də əl çəkmədikləri bildirilir.

Parislililərin yeni müqavilə təklifini müsbət cavablandırmayan Mbappe 2024-cü ildə yenidən azad agent statusu alacaq.