Kimmix "Bavariya"nın təklifini rədd edib
"Bavariya" almaniyalı futbolçusu Coşua Kimmixə yeni müqavilə təklif edib.
Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, Kimmix "Bavariya"nın təklifini qəbul etməyib.
30 yaşlı futbolçu mövsümün sonunda azad agent kimi klubdan ayrılacaq.
Qeyd edək ki, Kimmixlə "Real Madrid" yaxından maraqlanır.
O bu mövsüm çıxış etdiyi 36 matçda 1 qol və 10 asist müəllifi olub.
Kimmix 2015-ci ildən "Bavariya"nın şərəfini qoruyur.