Kimmixin cəzası açıqlandı
"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək.
Sportline.az xəbər verir ki. Bundesliqanın 9-cu turunda "Darmştadt"la qarşılaşmada son ümid foluna əl atan futbolçu iki oyunluq diskvalifikasiya olunub.
Bu haqda Almaniya Futbol Ittifaqı məlumat yayıb.
Xatırladaq ki, Kimmix sözügedən matçın 4-cü dəqiqəsində qapıçı ilə təkbətək çıxmağa yaxın olan rəqibi idmançıya yaraşmayan hərəkətlə dayandıraraq onu qol imkanından məhrum etmişdi.
İki oyunluq cəzalandırılan yarımmüdafiəçi "Borussiya" və "Haydenxaym"la görüşlləri kənardan izləməli olacaq.