Kinqsley Koman Fransa millisinin düşərgəsini tərk edib

"Bavariya" və Fransa millisinin üvzü Kinqsley Koman müvəqqəti olaraq komandanı tərk edib.

Sportline.az RMC Sport-a istinadla xəbər verir ki, futbolçu həyat yoldaşı Sabrina Duvadın doğum əməliyyatı ilə əlaqədar İsveçə yollanıb. Bu, 28 yaşlı futbolçunun dördüncü övladı olacaq.

Xatırladaq ki, iyulun 1-də Avropa Çempionatının 1/8 final mərhələsinin Fransa-Belçika oyunu keçiriləcək.Düsseldorfda baş tutacaq matçın start fiti 20:00-da səslənəcək.

Qeyd edək ki, Fransa millisi Niderland, Avstriya və Polşa ilə mübarizə apardığı qrup mərhələsini 5 xalla ikinci pillədə tamamlayıb.