Kipr - Azərbaycan matçının hakimləri bilindi
UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan görüşünün hakim təyinatları açıqlanıb.
Sportline.a UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü slovakiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Filip Qlova olacaq. Ona Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 8-də təyin olunan görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.