Klopp: "Mbappe ilə maraqlanırıq"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp PSJ-nin forvardı Kilian Mbappeni transfer etmək istədiklərini açıqlayıb.

Sportline.az xəbər verir ki, İngiltərə mətbuatına danışan alman mütəxəssis fransalı forvardı bəyəndiyini söyləyib:

"Mbappenin müqaviləsinin bittiyini bilirik. Kor deyilik.

Əlbəttə, Mbappeni sevir və onunla maraqlanırıq. Onu bəyənmirsizsə, deməli probleminiz var. Mbappeni heyətə qatmaq asan deyil. Biz bu döyüşü qazana bilmərik".

Mbappenin "Real"la razılaşdığı iddia edilir.