Klopp millini çalışdırmayacaq
Yurgen Klopp Almaniya millisini çalışdırmayacaq.
Sportline.az xəbər verir ki, bu haqda Fabrisio Romano məlumat paylaşıb.
Onun sözlərinə görə, Kloppun agenti Mark Kosiçke bunu müştərisinin "Liverpul"la uzunmüddətli müqaviləsi olması ilə əlaqələndirib.
Qeyd edək ki, sentyabrın 10-da Hans Fliklə yolları ayıran Almaniya Futbol Federasiyası rəhbərliyinin namizədlər siyahısında Yurgen Klopp da yer alırdı.
Bu posta əsas namizəd isə Yulian Nagelsman sayılır.