Klublarımızda koronavirus testlərinin nəticələri

Azərbaycan Premyer Liqasının XIV turunda bu gün qarşılaşacaq komandaların koronavirus testlərinin nəticələri məlum olub.

Sportline.az xəbər verir ki, bütün analizlər neqativ çıxıb. Hazırda heç bir komandada virusa yoluxmuş futbolçu yoxdur.

Yanvarın 22-də qarşılaşacaq "Keşlə" və "Sumqayıt" kollektivlərində isə test nəticələri bu gün axşam saatlarında bilinəcək.

Qeyd edək ki, bu gün "Zirə" - "Qəbələ", "Səbail" - "Neftçi" və "Sabah" - "Qarabağ" görüşləri olacaq.

İlk iki oyun saat 16:00-da, Masazırdakı görüş isə saat 18:00-da başlanacaq.