Kobra Pərviz oxuduğu mahnıya klip çəkdirib
Türkiyənin “Survivor All Star” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev mahnı oxuyub, klip çəkdirib.
Sportline.az xəbər verir ki, o, Kero ilə “Allstar” adlı duet ifa edib. Mahnının musiqisi İslam Şirvaniyə, sözləri isə Kerem Demirə məxsusdur.
 
 
                                     
                     
                 
                 
                 
                 
                