"Köln" Bundesliqada qaldı

"Holştayn" və "Köln" arasında gələn mövsüm Bundesliqada oynamaq hüququ üçün cavab görüşü başa çatıb.

Sportline.az xəbər verir ki, "Holştayn-Stadion stadion"unda keçirilən matçda "Köln" 5:1 hesabı ilə qalib gəlib.

İlk görüşdə "Holştayn" minimal hesablı qələbə qazanmışdı - 1:0. Beləliklə, "Köln" iki oyununun nəticəsinə əsasən, Bundesliqada qalıb.

Qeyd edək ki, "Köln" 2020/2021 mövsümündə elitanı 16-cı pillədə başa vurub.