Kolumbiyalı tennisçi kokaindən istifadə etdiyi üçün cəzalanıb

Kolumbiyalı tennisçi Alexandro Qomes yarışlardan kənarlaşdırılıb.

Sportline.az Beynəlxalq Tennis Federasiyasının (ITF) rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı idmançı kokaindən istifadədə ittiham olunduğu üçün cəzalandırılıb.

Qomesin oktyabrın 30-da verdiyi sikid nümunəsində kokain tapılıb. Tennisçinin dekabrın 15-dən istintaq başa çatan müddətədək yarışlarda iştirakı qadağan olunub.