Komandamız 8-ci yeri tutdu

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə "World Masters” turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, 3 gün davam edən yarışda ümumilikdə 398 idmançı iştirak edib. Bunların 215-i kişi, 183-ü isə qadın cüdoçular olub.

"World Masters”də 7 idmançı ilə təmsil olunan Azərbaycan turniri 2 gümüş medalla başa vurub. Kişilərdən Zelim Kotsoyev (100 kq), qadınlardan isə İrina Kindzerska (78+) fəxri kürsüyə çıxıblar.

Azərbaycan medal sayına görə 69 ölkə arasında 8-ci yeri tutub. İlk pillədə 7 medalla (5 qızıl, 1 gümüş, 1 bürünc) Fransa qərarlaşıb. 3 qızıl medal qazanan Cənubi Koreya ikinci, 2 qızıl, 5 gümüş medal əldə edən Yaponiya isə üçüncü olub.