Komandamız Avropa kubokunda 7 medal qazanıb

Gənc cüdoçularımız Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa Kuboku turnirində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.