Komandamız Böyük dəbilqə turnirində 7 medal qazandı

Cüdo üzrə seçmə komandamız Bakıda keçirilən Böyük Dəbilqə turnirini 7 medalla başa vurub.

Sportline.az xəbər verir ki, komandamızın aktivinə son medalı qadınlar arasında 78 kq-dan yuxarı çəki dərəcəsində yarışan İrina Kindzerska qazandırıb. O, 3-cü yer uğrunda görüşdə belaruslu Marina Slutskayaya qalib gəlib.

Qeyd edək ki, ondan əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.