Komandamız Çempionlar Liqasının 1/4 finalında
Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.
1/4 final görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Rəqib hələlik dəqiqləşməyib.