Komandamız Dünya çempionatında iki medal qazandı

Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında mübarizəni başa vurublar.

Sportline.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların yarışında Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb.

Beləliklə, Azərbaycan seçməsi dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev isə (81 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq.