Komandamız İsrailə yollanır

Yanvarın 23-25-də İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Qran-Pri turniri keçiriləcək.
 
Sportline.az xəbər verir ki, turnirdə Azərbaycanı 11 kişi, 5 qadın cüdoçu təmsil edəcək. Yarışda ümumilikdə 95 ölkədən 671 (376 kişi, 295 qadın) cüdoçunun iştirakı təsdiqlənib.
 
Bundan əvvəl keçirilən analoji yarışda komandamız iki medal qazanıb. Belə ki, qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü Məmmədəli Mehdiyev (90 kq) bürünc medala layiq görülüb. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub. Turnirdə ən yüksək nəticəni 4 qızıl, 2 gümüş, 1 bürünc medalla İsrail komandası göstərib.