Komandamız qrupda qaldı

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raundunda mübarizə apardığı C qrupunun son oyununu keçirilib.

Sportline.az xəbər verir ki, yığmamız üçün də həlledici olan matçda Rusiya meydan sahibləri Xorvatiya yığması ilə qarşılaşıb. Xorvatar bu görüşdə uduzmasa, millimiz ikinci yerin sahibi kimi qrupdan çıxacaqdı. Lakin 2-ci turda yığmamızın 4:3 hesabı ilə qalib gəldiyi ruslar eyni hesabla rəqibini məğub edib. Bununla da millimiz qrupdan çıxmaq şansını itirib.

Rusiya 6 xalla qrup qalibi, Xorvatiya eyni xalla 2-ci olub. Yığmamızın qrupu 4, Slovakiya isə 1 xalla tamamlayıb.