Kopa Amerikada həyəcan sabah start götürür

İyunun 21-də futbol üzrə Amerika Kuboku (Kopa Amerika) start götürəcək.

Sportline.az xəbər verir ki, turnir Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ilə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyalarının (CONCACAF) birgə təşkilatçılığı ilə keçiriləcək.

48-ci dəfə təşkil olunan Amerika Kubokunda 16 komanda 4 qrupda mübarizə aparacaq. Açılış matçında son çempion Argentina Kanadanı sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə gecə saat 04:00-da baş tutacaq..

Qeyd edək ki, iyunun 21-də başlanacaq Kopa Amerika 2024 iyulun 14-də sona çatacaq.