"Korintians"dan "Zenit"ə

"Zenit" icarə əsasında oynayan futbolçusu Qustavo Mantuanı birdəfəlik alıb.

Sportline.az "RB Sport"a istinadən xəbər verir ki, Sankt-Peterburq klubunun rəhbərliyi yarımmüdafiəçinin tam transferi ilə bağlı " Korintians"la razılaşıb. Klublar yaxın vaxtlarda müqavilə bağlayacaqlar.

Futbolçunun "Zenit"lə 3 illik müqavilə imzalayacağı gözlənilir. 

Mantuan 2022/23 mövsümünü icarə əsasında "Zenit"də keçirib. O, 21 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.