Koronavirus komandamızın planını pozdu

Martın 6-8-də Mərakeşin paytaxtı Rabatda keçirilməli olan cüdo üzrə Qran-pri turniri ləğv olunub.
 
Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytı məlumat yayıb.
 
Turnirin təxirə salınmasına səbəb koronavirus epidemiyası olub. Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.
 
Qeyd edək ki, yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulmuşdu.