Kosovo millimizə qarşı əsas heyət çıxarmayacaq
Fevral ayında millimizlə yoxlama oyunu keçirəcək Kosovo komandası meydana əsas heyət çıxarmayacaq.
Sportline.az xəbər verir ki, Kosovo Futbol Federasiyasının rəsmi saytında yayılan məlumatda komandamızla oyun üçün yığmanın heyətinə ancaq yerli çempionatda çıxış edən futbolçuların dəvət olunacağı qeyd olunub.
Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu fevralın 2-də Antalyada keçiriləcək.