Kosovo millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb

Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kosovo seçməsinin heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçisi Bernard Şalland Malta və Farer adaları ilə keçiriləcək oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

Qapıçılar: Samir Uykanı ("Rizəspor", Türkiyə), Faton Maloku ("Kukesi", Albaniya), Visar Bekay ("Priştina", Kosovo) 

Müdafiəçilər: Amir Rahmani ("Dinamo", Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Merqim Voyvoda ("Muskron", Belçika), Ardian İsmaili ("Hayduk", Xorvatiya), Leart Pakyarada ("Sandhauzen", Almaniya), Bencamin Kololli ("Sürix", İsveçrə)

Yarımmüdafiəçilər: Ekuran Kreziu ("Sürix", İsveçrə), Qerolind Şala ("Start", Norveç), İdris Voka ("Lyutsern", İsveçrə), Bernard Berişa ("Axmat", Rusiya), Arber Zeneli ("Herenven", Hollandiya), Besar Halimi ("Bröndbü", Danimarka), Valon Berişa ("Latsio", İtaliya), Milot Raşida ("Verder", Almaniya), Edon Jeqrova ("Genk", Belçika), Lirim Kastrati ("Lokomotiv", Zaqreb, Xorvatiya)

Hücumçular: Elbasan Raşani ("Odds", Norveç), Donis Avdiyay ("Villem", Hollandiya), Vedat Muriqi ("Rizəspor", Türkiyə), Atde Nuxiu ("Şeffild Uensdey", İngiltərə)

Qeyd edək ki, Kosovo millisi oktyabrın 11-də evdə Malta, 3 gün sonra isə səfərdə Farer adaları ilə qarşılaşacaq.