Kovaçiçin transferi ləngiyir
"Çelsi" ilə "Mançester Siti" Mateo Kovaçiçin transferində anlaşa bilmir.
Sportline.az xəbər verir ki, məşhur jurnalist Fabrisio Romano "tvitter" səhifəsində bildirib ki, tərəflər tam razılığa gəlməkdə çətinlik çəkirlər.
Onun sözlərinə görə, təklif olunan və tələb olunan məbləğdə 2-3 milyon avro fərq var.
"Mançester Siti" artıq xorvatiyalı futbolçu ilə şəxsi anlaşmanın şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Kovaçiçin transfer qiyməti 40 milyon avro kimi göstərilir.