"Krasnodar" Murad Musayevlə bağlı qərar vedi
"Sabah"ın sabiq çalışdırıcısı Murad Musayev "Krasnodar"la yola davam edəcək.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya Premyer Liqası təmsilçisi ilə yeni anlaşmaya imza atıb.
Onun müqaviləsinin müddəti 2026-cı ilin 31 mayınadək nəzərdə tutulub.
Qeyd edək ki, 40 yaşlı baş məşqçi 2024-cü ilin martından çalışdırdığı komanda ilə çemıpionatın gümüş mükafatına sahib çıxıb.