Kristof Daum reanimasiyada: "Yaxşıya doğru gedirəm"

Təcrübəli mütəxəssis Kristof Daum reanimasiyada olduğu Köln klinikasından açıqlama yayıb.

Sportline.az xəbər verir ki, ağciyər xərçəngi diaqnozu qoyulan 69 yaşlı futbol mütəxəssisi ikinci kimyaterapiyaya başladığını bildirib: "Bu gün ikinci dəfə kimyaterapiyaya başlayıram. Bütün dərmanlarımı qəbul edirəm. Hər keçən gün vəziyyətim daha yaxşı olur. Hər şeyə rəğmən bu həftəsonu idmanla məşğul olmaq istəyirəm".

Qeyd edək ki, Kristof Daum bir vaxtlar "Fənərbağça", "Beşiktaş", "Bursaspor" kimi klubları çalışdırıb.

Banner