Kroos Səudiyyə Ərəbistanının təklifini rədd etdi
Toni Kroos Səudiyyə Ərəbistanına keçməkdən imtina edib.
Sportline.az “Bild”ə istinadən xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi iddialı ərəb futbolu layihəsinə qoşulmaq təklifi alıb, lakin o, bundan imtina edib.
Ərəb klubları müqaviləsi ayın sonunda başa çatacaq alman yarımmüdafiəçi ətrafında yaranmış vəziyyəti izləyib. Futbolçu "Real"ın onunla müqavilənin müddətini uzatdığını hələ açıqlamasa da, aldığı təklifdən imtina edib.
Kroos 2014-cü ildən "Real Madrid"də çıxış edir.