Kunde "Bavariya"da?
"Barselona"nın futbolçusu Jul Kunde karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Bavariya" 27 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kataloniya təmsilçisi fransalı oyunçu üçün 70 milyon avro tələb edir.