Kunya "Vulverhempton"dan ayrılmaq istəyir
"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya klubdan ayrılmaq istəyir.
Sportline.az jurnalist Eduardo Burqosun məlumatına istinadən xəbər verir ki, Kunya "Mançester Yunayted"ə transfer olmaq niyyətindədir.
25 yaşlı futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 oyunda 12 qol və 4 asistlə yadda qalıb.