"Kür" "Azəryol"u üstələyib

Mingəçevirin “Kür” komandası kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, I-IV yerlər uğrunda mübarizədə liderliyi davam etdirən "Kür" "Azəryol"la qarşılaşmada da etimadı doğruldub.

 Mingəçevir təmsilçisinin üstünlüyü ilə keçən görüş 37:20 hesabı ilə başa catıb.