Kvinsi Promes azadlığa buraxılıb
Birləşmiş Ərəb Əmirliklərində həbsdə olan Kvinsi Promes azadlığa buraxılıb.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Moskva "Spartak"ının və Hollandiya millisinin yarımmüdafiəçisi Quincy Promes azadlığa buraxıldıqdan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məşqlərə başlayıb, lakin ona ölkəni tərk etmək qadağan edilib.
Daha əvvəl narkotik ticarətində təqsirli bilinən 32 yaşlı futbolçu Hollandiya məhkəməsi tərəfində 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Promesin nə vaxt Rusiyaya qayıdacağı haqda məlumat verilməyib.