Kyellini bu kluba keçir

"Yuventus"dan ayrılan Corcio Kyellini karyerasını ABŞ-da davam etdirəcək.

Sportline.az "Footbal Italia" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi "Los-Anceles"ə keçəcək. Klubun italyan futbolçuya 1.5 illik müqavilə təklif etdiyi bildirilib. Kyellini özü də ABŞ-da oynamağa müsbət yanaşır. Onun başqa təklifinin olmadığı qeyd olunub.

Kyellini 2005-ci ildən "Yuventus"da çıxış edir. Mərkəz müdafiəçisi Turin klubunda 559 oyuna çıxıb, 36 qol, 25 məhsuldar ötürmə ilə yadda qalıb.