La Liqa klubu "Qalatasaray"ın futbolçusunu istəyir

"Qalatasaray"la ardıcıl ikinci çempionluğunu yaşayan Kerem Aktürkoğlu üçün MLS və La Liqadan rəsmi təkliflər var.

Sportline.az Trtspor.net-ə istinadla xəbər verir ki, İspaniyanın "Real Sosyedad" klubu 25 yaşlı futbolçu üçün 12 milyon avro təklif edib.

MLS-dən isə bir komanda Kerem üçün "Qalatasaray"a 14 milyon avroluq təklif göndərib.

Türkiyə klubunun isə oyunçu üçün tələb etdiyi məbləğ 20 milyon avrodur.

Qeyd edək ki, Kerem Aktürkoğlunun "Qalatasaray"la 2026-cı ilə qədər müqaviləsi var.