La Liqada bu gün

İspaniya La Liqasında 7-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

İlk matçda "Jirona" və "Rayo Vallekano" komandaları münasibətləri aydınlaşdıracaqlar. "Municipal de Montilivi" stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Günün daha böyük maraqla gözlənilən oyununda yoluna itkisiz davam edən "Barselona" "Xetafe"ni qəbul edəcək. "Kamp Nou" arenasındakı görüş 23:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün İspaniya çempionatının 7-ci turunda bu nəticələr qeydə alınıb:

"Sevilya" - "Valyadolid" 2-1

"Valensiya" - "Osasuna" 0-0

"Real Madrid" - "Alaves" 3-2.