Laporta bütün kubokları istəyir

Joan Laporta "Barselona"nın 2022/23 mövsümünün nəticələrindən danışıb.

Sportline.az  xəbər verir ki, funksioner Kataloniya klubunun çıxışını dəyərləndirib.

“Mövsüm yaxşı keçdi. Əsas məqsədə nail olundu - La Liqanın qalibi olduq. Bu, daha çox Xavi və onun heyətinə, həm də futbolçulara bağlıdır. Klubun gördüyü işləri qeyd etmək istəyirəm. Bu, bizim prioritet məqsədimizə çatmağa kömək etdi. Amma biz daha çox istəyirik. Biz dünyanın ən yaxşı klubunu idarə edirik və komandanı gücləndirmək üçün həftələrdir çalışırıq. Biz bütün kubokları istəyirik".

Banner