"Latsio" ingiltərəli futbolçu ilə maraqlanır

"Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Latsio" komandası oyunçunun meneceri ilə danışıqlar aparır.Paytaxt klubu Qrinvudu 35.5 milyon avroya heyətinə qatmaq istəyir.

Danışıqların müsbət məcrada davam etdiyi qeyd edilir. 

Xatırladaq ki, ötən mövsümü icarə əsasında keçirən "Xetafe"də keçirən 22 yaşlı futbolçu La Liqada 33 oyunda 8 qol və 6 asistlə çıxış edib.