"Latsio" "İnter"i mübarizədən kənarlaşdırdı
İtaliya kubokunda 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma keçirilib.
"Latsio"nu qəbul edən "İnter" rəqibin müqavimətini qıra bilməyib. Oyunun əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda isə komandalar hərəyə bir dəfə fərqlənib.
Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Futbol lotereyasında "Latsio" futbolçuları seviniblər.
Beləliklə, "Milan", "Atalanta" və "Fiorentina"nın ardından, "Latsio" da yarımfinala vəsiqəni təmin edib.
01 fevral 2019
İtaliya kuboku
1/4 final
"İnter" - "Latsio" - 1:1 (əlavə vaxtda)
QOLLAR: İmmobile, 108 (0:1); İkardi, 120+5 (1:1)
Pen: 3:4