Latviya millisi Qəbələyə gəlir

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, mayın 18-dən 28-dək keçiriləcək hazırlıq prosesi Qəbələdə olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-16 mayın 25-də və 27-də latviyalı yaşıdları ilə qarşılaşacaq.