Legionerimizdən bürünc medal

Estoniyada cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

Sportline.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı təmsil edən Aleksandra-Larisa Florian bürünc medal qazanıb.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millimizin rumın legioneri yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Florian bürünc medal uğrunda qarşılaşmada Almaniya təmsilçisi Nora Bannenberqə qalib gəlib.

Qeyd edək ki, Tokio Olimpiadasına lisenziya xalları verən Tallin turnirində 35 ölkədən 292 cüdoçu yarışır.