Lempard "Çelsi" ilə vidalaşır

İngiltərə Premyer Liqasında işləri heç də yaxşı getməyən "Çelsi" baş məşqçisilə vidalaşır.

Sportline.az xəbər verir ki, orta pillərlərdə qərarlaşan komandanın çalışdırıcısı Frenk Lempardın bu gün klubdan ayrılacağı gözlənilir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. "Zadəganlar" son 8 görüşün 6-da xal itkisilə diqqət çəkiblər.

Komandanın yeni baş məşqçisinin Tomas Tuhel olacağı bildirilir.