Lennoks Lüis Fyuri - Usik dueli ilə bağlı fikrini açıqladı

Boks üzrə ağır çəkili sabiq mütləq dünya çempionu Lennoks Lüis, Tayson Fyuri ilə Aleksandr Usikin revanş döyüşü ilə bağlı fikrini açıqlayıb.

Sportline.az xəbər verir ki, britaniyalı boksçu bu qarşılaşmada həmvətəninin imkanlarını yüksək qiymətləndirməyib.

"Bu döyüşdə Fyurinin qələbə qazanacağını deyə bilmərəm. Usik güclü boksçu olduğunu dəfələrlə sübuta yetirib. Hələ də məğlub olmadığı da bunu sübut edir. Qələbəni isə, yaxşı boksçular qazanırlar. Kim daha ağıllıdırsa, rinqi qalib tərk edir", - deyə Lennoks "YouTube"dakı "Droeks on Boxing" kanalına müsahibəsində bildirib. 

Qeyd edək ki, Fyuri ilə Usikin mütləq çempionluq uğrunda ilk görüşü hakimlərin qərarı ilə ukraynalının qələbəsi ilə nəticələnmişdi.

Revanş görüşü dekabrın 21-də Ər-Riyadda keçiriləcək.