Leonid Slutskinin komandası məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırıb

Bu mövsümün əvvəlində "Şanxay Şenxua"nın sükanı arxasına keçən rusiyalı məhşur mütəxəssis Leonid Slutski Çindəki uğurlu çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, "Şanxay Şenxua" Çin Kubokunun 1/16 finalında "Foşan Nanşi"yə qalib gələrək, məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırıb.

Foşan şəhərində keçirilən görüş 1-0 hesabı ilə nəticələnib.Matçda yeganə qolun müəllifi isveçrəli hücumçu Sefas Malele olub.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis daha əvvəl ÇSKA klubunu və Rusiya milli komandasını çalışdırıb.