"Lester" Çempionşipə düşdü, 7 futbolçu komandadan getdi
Premyer Liqanı tərk edən "Lester" 7 futbolçusu ilə ayrıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, "Atletiko" ilə razılaşan türkiyəli futbolçu Çağlar Söyüncü də bu siyahıdadır.
Çağlardan əlavə Yuri Tilemans, Deniel Amarti, Nampalis Mendi, Rayan Bertrand, Ayoze Peres və Tete ilə yollar ayrılıb.