Levandovski ayın ən yaxşısı oldu

"Bavariya"nın futbolçusu Robert Levandovski Bundesliqada oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, bu barədə Bundesliqanın saytı məlumat yayıb. Polşalı hücumçu ötən ay 3 matçda 9 qol vurub.

Qeyd edək ki, Levandosvki 2014-cü ildən Münhen təmsilçisində oynayır.