Levandovski: "Barselona"nı məğlub edəcəyimizi bilirdik"

“Bavariya”nın hücumçusu  Robert Levandovski Çempionlar Liqasının yarımfinalında “Barselona”ya 8:2 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Sportline.az xəbər verir ki, 32 yaşlı futbolçu oyundan əvvəl Kataloniya klubuna qalib gələcəklərinə inansalar da, belə böyükhesablı qələbə qazanacaqlarını düşünmədiklərini söyləyib:

“Düzü, belə nəticə gözləmirdik. “Barselona”nı məğlub edəcəyimizi bilirdik. Oyundan əvvəl kimsə 5:1 hesabı ilə qalib gələcəyimizi də söyləmişdi. Amma 8:2 tam fərqlidir. Xüsusilə oyunu sonluğu xoş idi. "Barselona" bilirdi ki, heç nə edə bilməyəcək, biz isə qol vura-vura gedirdik. Sonradan meydana daxil olan futbolçularımız da onlara qol vurmaq üçün alışıb-yanırdılar".