Levandovski gileyləndi

"Bavariya"nın futbolçusu Robert Levandovski klublarası dünya çempionatının finalında "Tiqres"ə qalib gəldikləri matç (1:0)  haqqında danışıb.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu göstərdikləri oyunun onu qane etmədiyini deyib:

"Bu gün qalib gəlməyi həqiqətən də çox istədik. Səhv etmirəmsə, vurduğumuz qol da ilk dəfə rəqibin cərimə meydançasına girdiyimiz vaxt oldu. Fasilə zamanı komanda yoldaşlarıma dedim ki, topu bir az daha cərimə meydançasına tərəf atın.  Bunu bir dəfə bacardılar və kuboku qazandıq".