Leverkuzenlilər Alonsonun qalacağını iddia edirlər

Yurgen Klopun "Liverpul"u tərk edəcəyindən sonra onun ən real əvəzləyicisi kimi Xabi Alonsonun adı çəkilir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq də məlumat yaymışdı.

Onun yaydıı xəbər "Bayer" rəhbərliyini təşvişə salıb.

Leverkuzenlilər uzun illərdən sonra komandanı çempionluğa daşıyan ispaniyalı mütəxəssislə vidalaşmağı arzulamırlar.

Amma, ortada ciddi anlaşma olmasa belə Alonsonun yayda "Liverpul"a yollanacağı inandırıcı görünür. 

Çətin ki, o, əfsanəvi klubda çalışmaq imkanını əldən buraxsın.

Bununla belə leverkuzenlilər Xabini sükan arxasında saxlamaq üçün sonadək mübarizə aparacaqlarını bildiriblər.