Levandovski "astronomik" təklifdən imtina edib

Robert Levandovski Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli təklifdən imtina edib.

Sportline.az Mundo Deportivo nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını "Barselona"da davam edtirmək istədiyini bildirib.

O, "astronomik" məbləği özündə əks etdirən təklifə rəğmən 2025-ci ilədək müqaviləsi olan "Barsa"dan ayrılmaq istəməyib.

Qeyd edək ki, Robert Levandovski ötən mövsüm meydana çıxdığı 34 oyunda 23 qol və 7 asistlə yadda qalıb.