"Lex"in yeni baş məşqçisi: "Ən önəmlisi, "Qarabağ"la matça hazır olmaqdır"

"Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən önəmlisi, iyulun 5-də "Qarabağ"la oynayacağımız matça hazır olmaqdır".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom klubun rəsmi saytına müsahibəsində deyib.

Niderlandlı mütəxəssis bildirib ki, ÇL-də mübarizə aparan komandaya rəhbərlik etmək onun üçün əla imkandır: "Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var".

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Banner